
Xorvatiya millisinin hücumçusu Ante Budimir dünya çempionatında rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, sözügedən futbolçu buna DÇ-2026-nın qrup mərhələsinin 2 turunda Panamanı 1:0 hesabı ilə məğlub etdikləri matçda yeganə qola imza ataraq nail olub.
34 yaş 336 günlüyündə adını tabloya yazdıran ön xətt oyunçusu "dama-damalar"ın sıralarında mundiallarda qol vurmuş ən yaşlı futbolçu ünvanına sahib çıxıb.
Əvvəlki rekord DÇ-2014-də Kamerunun qapısına yol tapan (4:0) İvitsa Oliçə (34 yaş 277 gün) məxsus idi. Xorvatiya DÇ-2026-da növbəti oyununu iyunun 27-də Qana yığmasına qarşı keçirəcək.
Toğrul