
Hazırda davam edən futbol üzrə dünya çempionatının 2-ci turu çərçivəsində keçirilən Kolumbiya - Konqo Demokratik Respublikası matçının (1:0) ən yaxşı futbolçusu bəllidir.
Fanat.Az xəbər verir ki, cənubi amerikalıların heyətində müdafiəçi Daniel Munyos fərqləndirilib.
"Kristal Pelas"ın futbolçusu komandasına qələbə qazandıran yeganə qola imza atıb.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul