
DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Xorvatiya millisinə 0:1 hesabı ilə uduzan Panama yığmasının baş məşqçisi Tomas Kristiansen matçın ardından açıqlama verib.
Fanat.Az-ın FIFA-nın mətbuat xidmətinə istinadən məlumatına görə, o, mətbuat konfransında belə danışıb:
"Yaxşı oyunla diqqət çəkdik. Sonadək döyüşdük və öz oyun üslubumuza sadiq qaldıq. Futbolçularımla fəxr edirəm. Futbolçularımız Xorvatiya ilə başabaş mübarizə apardılar.
Futbol belədir. Rəqib bir real qol epizodu yaxaladı və bundan maksimum yararlandı. Rəqib çox sayda təhlükəli qol vəziyyəti yarada bilmədi. Cəsarətli oynadıq və bir daha vurğulayım ki, kişi kimi döyüşən komandamla qürur duyuram".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul