
Hazırda davam edən futbol üzrə dünya çempionatında Şotlandiya millisini 3:0 hesabı ilə üstələyən Braziliya yığmasının futbolçusu Neymar əfsanəvi həmyerlilərinin rekordunu təkrarlayıb.
Fanat.Az "Opta Sport"a istinafən xəbər verir ki, matçın 76-cı dəqiqəsində meydana buraxılan 34 yaşlı forvard buna 4-cü mundialda oynamaqla nail olub.
Daha öncə Calmo Santos, Pele və Kafudan başqa heç bir braziliyalı 4 dünya çempionatında mübarizə aparmayıb.
Neymar DÇ-2014, DÇ-2018 və DÇ-2022-də də top qovub. O, yığma tarixinin ən yaxşı bombardiridir.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul