
Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Braziliya yığmasına 0:3 hesabı ilə uduzan Şotlandiya millisinin baş məşqçisi Stiv Klark fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Özümüz öz vəziyyətimizi çətinləşdirdik, vəssalam. Rəqibə qollar vurmağa imkan verdik. Braziliya millisinin istədiyi oyunu onlara hədiyyə etdik. Böyük məyusluqdur".
Qeyd edək ki, C qrupundakı mübarizəni 3 xalla 3-cü yerdə başa vuran Şotlandiya hələ 1/16 finala yüksəlmək şansını itirməyib. Hər şey 3-cü turun bütün qarşılaşmaları yekunlaşandan sonra bilinəcək.
Toğrul