
Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Türkiyə millisinə 2:3 hesabı ilə uduzmasına baxmayaraq, 1/16 finala lider qismində yüksələn ABŞ yığmasının baş məşqçisi Maurisio Poçettino fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssis matçın ardından keçirilən mətbuat konfransında media mənsublarının məğlubiyyətlə bağlı "tikanlı" suallarını həzm edə bilməyib və iradını bildirərək konfrans zalını tərk edib:
"Ola bilsin ki, bunu biruzə vermirəm, amma sizin suallarınız qəribədir. Türkiyənin 3 xalı, Avstraliya və Paraqvayın pley-offa yüksəlməyi bayram etdiyi bir vaxtda, sizin qrup liderliyinə görə bizi təbrik etməməyiniz çox üzücüdür. Qrupdakı mübarizəni lider mövqeyində başa vurduğumumuzu xatırlatmalıyam. Bağışlayın, amma biz qələbə qazanmışıq".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul