
Futbol üzrə Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç dünya çempionatında rekorda imza atıb.
Fanat.Az-ın "Opta Sport"a istinadən xəbər məlumatına görə, Luka DÇ-2026-nın 3-cü turunda Qananı yendikləri matçda (2:1) Nikola Vlaşiçin vurduğu ikinci qolun ötürməsini verib.
Təcrübəli futbolçu assistentlik məharətini 40 yaş 291 günlüyündə ortaya qoyub və dünya çempionatları tarixində qol ötürməsi edən ən yaşlı oyunçu ünvanına sahib çıxıb.
Əvvəlki rekord Braziliya millisinin sabiq üzvü Tyaqo Silvaya məxsus idi. O, DÇ-2022-də Cənubi Koreya ilə oyunda 38 yaş 74 günlüyündə məhsuldar ötürmə ilə yadda qalmışdı.
Toğrul