
Braziliya millisinin müdafiəçisi Markinyos dünya çempionatının 1/16 final mərhələsində bu gün Yaponiya yığmasına qarşı keçirəcəkləri oyun barədə danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Globo" belə çatdırıb:
"Bu, çox çətin matç olacaq, amma biz hazırıq. Yüksək səviyyədə olduğunu isbatlamış Yaponiya seçməsini düzgün qiymətləndirmək vacibdir. Ola bilsin ki, rəqib bu dünya çempionatında öz gücünə bizdən daha çox inanır. Rəqibin oyunlarını təhlil etmiş, məşqlərdə onlara qarşı hansı strategiya ilə mübarizə aparcağımızı müəyyənləşdirmişik. Yaponiyanı effektiv şəkildə neytrallaşdırmalıyıq.
Bəlkə də mundialdakı ilk oyunda özümüzü yaxşı tərəfdən göstərə bilmədik, ancaq ikincidə oyunumuzu yaxşılaşdırdıq, üçüncü qarşılaşmada isə bir qədər də "artırdıq". Biz hər ana, hər oyun detalına diqqət ayırmağın nə dərəcədə önəmli olduğunun fərqindəyik. Məhz bu məqamı nəzərə alacağıq".
Hyustondakı (ABŞ) "En Er Ci Stedium"da baş tutacaq Braziliya - Yaponiya matçı Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Nihat