
Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində bu gün baş tutan Braziliya - Yaponiya oyununun (2:1) ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "pentakampionlar"ın heyətində Kazemiro fərqləndirilib.
O, 56-cı dəqiqədə komandasının bərabərlik qoluna imza atıb.

İndiki mundial tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Dünya çempionatı həyəcanı 19 iyul tarixinə qədər davam edəcək. Son dünya çempionu Argentina millisidir.
Nihat