
Dünya çempionatının 1/8 final mərhələsində İspaniya və Portuqaliya milliləri üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, gərgin keçən dueldə İspaniya yığması Portuqaliyanı 1:0 hesabı ilə məğlub edərək adını növbəti mərhələyə yazdırıb.
Matçda "buğalar"a qələbə qazandıran yeganə qola Mikel Merino imza atıb.
Bu qələbə ilə İspaniya millisi DÇ-2010-dakı çempionluğundan sonra ilk dəfə dünya çempionatlarında 1/4 finala yüksəlməyi bacarıb. Üstəlik, Portuqaliya qarşısında da qapısını toxunulmaz saxlayan "la roxa" mundiallar tarixində ardıcıl 6 oyunda qol buraxmayan ilk komanda kimi tarixi rekord müəyyənləşdirib.
"Matadorlar" 2022-ci ildəki son matçını 0:0 tamamladıqdan sonra, DÇ-2026-dakı ilk 5 qarşılaşmada da rəqiblərinə qol vurmaq izni verməyiblər. Bu uğurlu nəticə ilə bütün turnirlərdəki məğlubiyyətsizlik seriyasını 35 oyuna çatdıran İspaniya seçməsi özünün 2007-ci ilin fevralından 2009-cu ilin iyununadək qeydə alınan rekordunu təkrarlayıb.
Kamil Xudiyev