
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində İsveçrə yığmasına oenalti seriyasında uduzaraq (0:0, penaltilər - 4:3) mübarizəni dayandıran Kolumbiya seçməsinin baş məşqçisi Nestor Lorenso fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, matçın ardından keçirilən mətbuat konfransında belə danışıb:
"Futbolçularımla fəxr edirəm. Yetərincə qol epizodu yaratmaq da, onlardan faydalana bilmədik. Penalti seriyası həmişə çətindir və müəyyən qədər şans amili də rol oynayır. İsveçrəni növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm".
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi DÇ-2026 iyunun 11-də başlayıb. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən mundial iyulun 19-da yekunlaşacaq.
Nihat