
Dünya çempionatının 1/8 final mərhələsində Misirə qarşı keçirilən dramatik matç təkcə Argentinanın geri dönüşü ilə deyil, həm də Lionel Messinin imza atdığı növbəti tarixi uğurlarla yaddaqalan olub.
Fanat.Az xəbər verir ki, 39 yaşlı kapitan bu qarşılaşmada göstərdiyi performansla Dünya Kuboku tarixinə eyni anda iki yeni unikal rekord yazdırıb.
Argentinalı ulduz Dünya Çempionatı tarixində ardıcıl 6 pley-off mərhələsi oyununda qol vurmağı bacaran ilk futbolçu olub. Bununla da o, turnirin həlledici mərhələlərindəki məhsuldarlıq seriyasını inanılmaz səviyyəyə çatdırıb.
Bundan əlavə, Misirə qarşı matçda həm qol vuran, həm də məhsuldar ötürmə edən Lionel Messi, Dünya Kuboku tarixində bunu bacaran ən yaşlı oyunçu ünvanını ələ keçirib. Canlı əfsanə bu tarixi rekordu rəsmiləşdirərkən dəqiq olaraq 39 yaş 13 günlüyündə idi.
Kamil Xudiyev