
Dünən Çempionlar Liqasında debüt edən "Sabah"ın ardından bu gün daha bir təmsilçimiz avrokubok matçına çıxır.
Fanat.Az xəbər verir ki, "Zirə" Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Torpedo" (Kutaisi) komandası ilə qarşılaşacaq.
Görüş Sumqayıtda baş tutacaq və 20:00-da başlayacaq.
Oyunu Finlandiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Yani Hüytiya olacaq.
Komandalar arasında Gürcüstanda keçiriləcək cavab matçı iyulun 16-da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
UEFA Konfrans Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
8 iyul
20:00. Zirə - Torpedo Kutaisi (Gürcüstan)
Hakimlər: Yani Hüytiya, Veli-Matti Leppenen, Yusso Mantere, Peyman Simani (Finlandiya).
Sumqayıt. Şəhər stadionu.