
UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk görüşlərindən sonra ölkələrin reytinqini yeniləyib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan çempionu "Sabah" ötən gecə Uelsin TNS komandası üzərində tarixi debüt qələbəsi (2:0) sayəsində ölkəmizin əmsallar cədvəlində xal ehtiyatını artıra və mövqeyini yaxşılaşdıra bilib.
Valdas Dambrauskasın baş məşqçisi olduğu "bayquşlar" qazancımızı 0,250 əmsal artırıb. Nəticədə Azərbaycanın son 5 ildəki reytinqi 18.812-yə çatıb.
Bununla da Azərbaycanın UEFA reytinqindəki mövqeyi yaxşılaşıb. Ölkəmiz tsiklə 26-cı yerdə başlayıb. Bir addım öndəki İsrailin 20.750, təqibçimiz Slovakiyanın isə 18.250 əmsalı var.
Qeyd edək ki, UEFA reytinqinə 101.850 əmsalla İngiltərə liderlik edir.
Mirağa