13:49 15.11.2022 794

Xanım jurnalistlər DÇ-2022-dəki favoritlərini açıqladılar - SORĞU

DÇ-2022-nin startına cəmi 5 gün qalıb. Noyabrın 20-də start götürəcək futbol bayramı dekabrın 18-dək davam edəcək. 

Qətərdə təşkil olunacaq mundialda hansı yığmanın dünya çempionu adını qazanmağa əsas namizəd olduğu isə ən çox müzakirə edilən mövzularından biridir.

Fanat.Az mütəmadi olaraq futbol ictimaiyyəti nümayəndələrinin dünya çempionatı ilə bağlı proqnozlarını təqdim edəcək. 

Bugünkü respondetlərimiz idman mətbuatının zərif nümayəndələridir. Xanım jurnalistlər DÇ-2022-də azarkeşlik edəcəkləri və mundialın favoriti hesab etdikləri milliləri açıqlayıblar: 

Əminə Kazımova (CBC Sport): "Argentina və İngiltərə millilərinə azarkeşlik edirəm. Ancaq Braziliya, ya da Almaniyanın qalib olacağını düşünürəm". 

Səmra Əliyeva (CBC Sport): "Almaniyaya azarkeşlik edirəm. İngiltərə, İspaniya, Almaniya və bir az Niderlandı favorit qismində görürəm. Məzuniyyətdə olduğum üçün yaxından maraqlana bilməmişəm. Ona görə fikrimi qısa şəkildə bildirdim. (gülür)..."

Fəridə Abdulla (İctimai TV): "Tarixdə ilk dəfədir ki, futbol üzrə dünya çempionatı qış fəslində keçiriləcək. Düşünürəm ki, əvvəlki çempionatlardan çox fərqli və maraqlı mundial izləyəcəyik. Latın Amerikası ölkələrindən olan millinin çempion ola biləcəyini ehtimal edirəm. İstərdim ki, finalda Argentina - Braziliya qarşıdurmasını izləyim. Uruqvay yığmasının da çox yaxşı heyəti var. Avropa yığma komandalarından mundiala çox ciddi itkilərlə gələn millilər var. İspaniya, Portuqaliya yığma komandalarının çox yaxşı heyəti var. Xülasə, mundialın eksklüziv yayım hüquq "İctimai Televiziya"ya məxsusdur. “Bol Futbol” verilişinin aparıcılarından biri kimi DÇ-2022-nin başlanmasını səbirsizliklə gözləyirəm".

Aidə Əliyeva (CBC Sport): "Mənim favoritim əslində yoxdur. İşim ilə əlaqədar olaraq bir çox futbol adamlarının fikirlərini bilirəm artıq. Əksəriyyət Argentina və Braziliya deyir. Ancaq Braziliya seçməsini tam olaraq favorit adlandırmaq çətindir. Lakin Argentinanın şanslarının daha yüksək olduğunu düşünürəm. Özüm isə çalışacam bütün oyunlara baxım. Çünki adətən belə böyük yarışlarda turnirin gedişində kiməsə azarkeşlik edə bilərəm. Lakin oyun tərzi ilə seçiləcək yığmaları nəzərdə tuturam, qələbə qazananları demirəm. (gülür)... Mundialda Braziliya seçməsinin oyununu maraqla gözləyirəm. Maraqlı final üçün Avropa və Cənubi Amerika dueli izləmək əla olardı. Düzü, Lionel Messi ilə Kriştianu Ronaldu finalda oynasalar, daha dramatik olar. Avropadan çox digər qitələrin təmsilçiləri mənə maraqlıdır. Səbirsizlikdə mundialı gözləyirəm".

Sənubər İmanova (CBC Sport): "Könül istərdi ki, İspaniya dünya çempionu olsun, amma İspaniya millisinin qalib gələcəyini düşünmürəm. Bu turnirdə Portuqaliyaya azarkeşlik edəcəyəm. Həm iddialı olduqlarını fikirləşirəm, həm də Kriştianu Ronaldunun nə edəcəyi maraqlıdır. Portuqaliyadan başqa Braziliya, Fransa, İspaniya, Almaniya, Belçika, İngiltərə və Argentinanı favoritlər qismində görürəm". 

Xəyalə Şahlarlı ("Neftçi" TV): "İlk izlədiyim dünya çempionatı DÇ-2010 olub. Həmin il İspaniya millisinin o dönəmki çıxışını çox bəyənirdim. Ona görə uzun illər İspaniya yığmasına azarkeşlik etmişəm. Bu dünya çempionatında komandanın heyət baxımından şansı var. Düşünürəm ki, yarımfinala qədər irəliləyəcək potensiala sahibdirlər. Amma açığı, dünya çempionu olmaq şansını o qədər yüksək qiymətləndirmirəm. 

İngiltərə millisindən gözləntilərim çoxdur. Bu komandanın Avropa çempionatındakı çıxışını çox bəyənmişdim. Hətta heyətindən bir sıra oyunçular o zaman gənc və əla formada idilər. Avropa çempionluğuna layiq idilər. Onları dünya çempionu kimi görmək istərdim. Şanslarını elə də az qiymətləndirmirəm. İspaniya kimi İngiltərənin də azı yarımfinal, ən pis halda isə 1/4 finala qədər irəliləyəcəklərini düşünürəm. 

Cənubi Amerika təmsilçilərinin şanslarını yüksək qiymətləndirənlər çoxdur. Mən daha çox Argentina millisini çempion olaraq görmək istərdim. Həm Lionel Messi amilinə görə, həm də heyətdə bir sıra bəyəndiyim futbolçular var. Məhz onlara görə bu komandanın çempion olmasını istərdim. 

Finalda Avropa - Cənubi Amerika dueli maraqlı olar. Bilmirəm nə dərəcədə real olar. Məsələn, İngiltərə - Argentina finalı mənə çox maraqlı olardı. Sözsüz ki, iddiasından əlavə xüsusi olaraq simpatiya bəslədiyim ölkələr var ki, bunlardan biri Cənubi Koreyadır. Təbii ki, şansları real olaraq danışmaq lazımdır. Hər hansısa ciddi uğur əldə edəcəklərini düşünmürəm, amma bu millinin çıxışlarını diqqətli şəkildə izləyəcəm (gülür)..."

Röya Kərimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyun 2026
23:50

Türkiyə millisinə ağır təhqir: "Gedin, qolf oynayın!"

22:42

Minayə Əkbərova Qazaxıstanda beynəlxalq turnirdə qızıl medal qazanıb

22:12

Dünya çempionatında Afrika möcüzəsi

21:43

"Mançester Yunayted" qapını təcrübəli qolkiperə tapşırır

21:20

"Komo"dan müdafiəyə gücləndirmə

20:42

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə transfer tələbi

20:15

Morqan Rocers üçün "topçular" iş başında

19:37

"Qarabağ" yamaykalı vingerlə gücləndi

19:10

Dünya Kubokunda tarixi rekord

18:41

"Arsenal" Qabriel Jesus üçün qiyməti endirdi

18:14

"Arsenal" gənc ulduz üçün rəsmi təklif etdi

17:49

Bölgə təmsilçisi çempionluğa oynayacaq - Maaş büdcəsi bilindi

17:23

İngiltərə millisinin 2 ulduzu qrupdakı son oyunu buraxa bilər

17:04

Birinci Liqa təmsilçisi Türkiyəyə gedir

16:45

İspaniyanın məşhur klubu adını dəyişdi

16:27

"Bu komandanın xüsusi xarakteri var" - Xavyer Aqirre

16:09

"Səbail" 5 legioner transfer edəcək - "Çempionluq yolunda Mehdinin bizə çox köməyi dəyəcək"

15:51

Oyarsabal "Barselona"ya keçəcəyi ilə bağlı yayılan məlumatları təsdiqlədimi? - AÇIQLAMA

15:33

"Braziliya millisinin istədiyi oyunu onlara hədiyyə etdik" - Stiv Klark

15:15

“Dünya çempionatı üçün Azərbaycanın seçilməsi AFFA ilə FIFA arasında uğurlu əməkdaşlığın nümunəsidir” - Rövşən Nəcəf

15:06

"Dünya çempionu olmaq məqsədimizə inanmalıyıq" - Mərakeş seçməsinin baş məşqçisi

14:48

"Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm" - CAR millisinin çalışdırıcısı

14:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:22

"Şamaxı"nın azərbaycanlı istedadı legioner həyatı yaşayacaq?

14:01

Seneqallı müdafiəçi daha bir il "Qəbələ"də - RƏSMİ

13:44

Vinisius: "Başla qol vurmağım üçün Ançelotti mənə hədiyyə vəd etmişdi"

13:25

"Araz-Naxçıvan" kapitanı ilə bağlı qərarını rəsmən açıqladı

13:07

"Bu səviyyədə çıxış edə biləcək daha çox oyunçuya sahib olmalıyıq"

12:48

Çexiya - Meksika matçının ən yaxşı oyunçusu bilindi

12:30

Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək

12:12

"Zirə"dən ayrılan yarımmüdafiəçi "Araz-Naxçıvan"da - RƏSMİ

11:53

Cənubi Koreyanın baş məşqçisi CAR-a məğlubiyyətə görə məsuliyyət daşıyan şəxsin adını açıqladı

11:27

Ançelotti Şotlandiya ilə oyundakı darmadağın barədə nə danışdı?

11:09

Mehdi Cənnətovun yeni klubu bilindi - RƏSMİ

10:51

FİFA daha bir dünya çempionatının evsahibliyini Azərbaycana verdi

10:30

Bir qol və bir məhsuldar ötürmə ilə diqqət çəkdi, matçın ən yaxşı oyunçusu oldu

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

DÇ-2026: E qrupunda 3-cü turun son oyunları başlayır, Almaniya növbəti sınağına çıxır

09:25

Şotlandiya - Braziliya dueliin ən yaxşı futbolçusu məlumdur

09:00

DÇ-2026: İlk pley-off cütü bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X