
Braziliya millisinin lideri Neymar DÇ-2022-də finala çıxa biləcək komandalardan danışıb.
Fanat.Az xəbər verir ki, "The Telegraph" onun dediklərini belə çatdırıb:
"Dünya çempionatı sürprizlərlə doludur. Bəzən heç kimin inanmadığı komandalar mundialda böyük uğurlara imza atır. Ancaq mənə elə gəlir ki, bu DÇ-nin favoritləri Argentina, Almaniya, İspaniya və Fransadır. Bu dörd yığma və Braziliya finala çıxmağa əsas namizədlərdir.
Hə, bu siyahıya İngiltərənin də adını əlavə etməliyik. Görünən budur ki, onların da şansı az deyil! Harri Keyn və Ceydon Sançodan çox xoşum gəlir. Bu iki inanılmaz futbolçuya xüsusi sevgim var. Çünki fərdi bacarığı ilə seçilən oyunçulareın çıxışını həvəslə izləyirəm".
Qeyd edək ki, Ceydon Sanço mundiala aparılmayıb.