08:00 09.11.2024 173

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Fanat.Az xəbər verir ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib.

2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Bu il artıq dördüncü dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur.

2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.

Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 Dekabr 2024
16:33

"Bir ay öncə hər şeydən uzaq idik, indi isə..." - Yan Oblak

16:15

Şahruddin 4 ay sonra geri döndü

16:08

Azərbaycan Kuboku: "Qarabağ"dan erkən qol, "Kəpəz" "İmişli"yə qarşı - YENİLƏNİR

15:57

"Mübarizəni dayandırdığımız üçün çox məyusuq" - Vensan Kompani

15:39

Flik Levandovskini niyə ehtiyatda saxlayıb?

15:21

Poqbanı vətənində istəmədilər - Açıqlama

15:03

"Rəqib 10 nəfərlə mübarizə aparsa belə..." - Xabi Alonso

14:45

Alleqri Premyer Liqa klubunu çalışdırmağa yaxındır - SON DURUM

14:26

Modriç son qərarını verdi - "Real"dan ayrılacaq, amma...

14:08

"Burada axmaqlar yoxdur, niyəsini özləri bilirlər" - Xosep Qvardiola

13:50

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıda!

13:33

"Şamaxı"dan qovulan futbolçunun yeni klubu bəlli oldu

13:16

"Araz-Naxçıvan"ın qış planları bilindi

12:58

"Mançester Siti" ilə "Real Madrid" çətin rəqiblər idi, amma..." - Arne Slot

12:40

Transfer şayiələri: Ferqyuson Premyer Liqada klubunu dəyişir

12:21

"Çelsi" yaxın 5-10 ildə İngiltərə futbolunda dominantlıq edən komandaya çevriləcək"

12:02

Juninyo ilin ən yaxşı bombardirləri siyahısında yer aldı

11:43

Noyer başına ilk dəfə gələn hadisəyə görə üzr istədi

11:25

Yüksək Liqa: Son çempionla hazırki liderin oyununun vaxtı bilindi

11:08

"Sabah"ın prezidenti Berezutskinin debütünü dəyərləndirdi

10:51

"Barselona"nın Mudrik planı: Gənc ulduz icarəyə gedir?

10:33

Azərbaycanlı hakim ÇL oyununda

10:16

PSJ ÇL-i tərk etsə, Luis Enrikenin taleyi necə olacaq? - Klub prezidenti açıqladı

09:58

Lavessinin başına yenə iş gəldi - Polis məəttəl qalıb

09:40

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:22

Gündoğan "Mançester Siti"dəki böhranın səbəbini açıqladı

03:19

Almaniya Kuboku: "Bayer Leverkuzen" "Bayern Münhen"i 1/4 finala buraxmadı

02:44

İtaliya Kuboku: "Milan" da 1/4 finala darmadağınla yüksəldi, "Bolonya" da

02:16

İPL: "Lester Siti" evdə "Kristal Pelas" səfərdə güldü

02:09

"Yamal iki qol imkanını boşa versə də..." - Flik darmadağından sonra Lamindən danışdı

01:12

La Liqa: "Barselona" rəqibinə rəhm etmədi

03 Dekabr 2024
23:33

"Mən Messi deyiləm, təkbaşına qələbə qazana bilmərəm" - Riyad Mahrez

22:58

"Turan Tovuz" Marandiçinin sağlıq durumuna aydınlıq gətirdi

22:42

"İkinci qolu elementar səhv üzündən buraxdıq" - Kurban Berdiyev

22:27

Əfsanəvi Freyzer dünyasını dəyişdi

21:56

Raum Almaniyanı İngiltərəyə dəyişir

21:23

"Turan Tovuz"un legionerinin ayağı sındı

20:50

Azərbaycan Kuboku: "Səbail" və "Araz-Naxçıvan" 1/4 finalda, "Turan Tovuz" "Sabah"a penaltilərdə uduzdu

20:17

Ten Haq Bundesliqa yolunda - SON DURUM

19:41

"Bütün diqqətimizi həmin oyuna yönəltmişik" - Elmar Baxşıyev

Facebookdan bizi izləməyi unutmayın.
X