"Biz tam hazırlıq keçə bilmədik. Cəmi 2 gün məşq etmişik. Oyunçularımız yorğundu". Fanat.az xəbər verir ki, bu sözləri Berti Foqts deyib.
Bu gün İsraildə mətbuat konfransı keçirən alman çalışdırcı AFFA və PFL rəhbərliyinə işarə vurub: "Bizə hazırlıq keçmək üçün bir həftə söz verildi. Amma təəssüf ki, belə olmadı. Bu mənim günahım deyil. Buna görə başqa adamlar məsuliyyət daşıyır".
Foqts "sizə kim mane oldu" sualına belə cavab verib: "Bu sualı başqa adamlara verin. Mən AFFA-nın işçisi deyiləm".
Fanat.az