I divizionun 2013/4 mövsümündə 16 komanda çıxış edəcək. Fanat.az xəbər verir ki, PFL "Mil-Muğan" klubunu aşağı liqaya buraxıb.
"Mil-Muğan" İmişlini təmsil edir. Yəni, bir neçə gündü fəaliyyətini bərpa edəcəyi deyilən "MKT-Araz"ın varisidi. Görünür, "Turan"ın adını dəyişib "Turan-T" olmaqla borclarından xilas olduğunu görən imişlilər də klubun adını dəyişməklə vəziyyətdən çıxmaq istəyib.
Qeyd edək ki, "Mil-Muğan" ilk turda "Şəmkir"in qonağı olacaq. İmişli təmsilçisi növbəti turlarda da təqvimə əsasən istirahət etməli olan klublarla qarşılaşacaq.
Fanat.az