"Başa düşə bilmirəm ki, "Xəzər Lənkəran"la "Neftçi" azarkeşləri arasında qalmaqal yaşanırsa, burda PFL-in günahı nədi?" Fanat.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Qurum rəhbəri son "Böyük oyun"dan sonra yaşananlara münasibət bildirib. Müsayev klubların azarkeşlərlə düzgün iş aparmadığını deyib: "Bizim klublarda azarkeşlərlə düzgün iş aparılmır. Mən qalmaqalın əleyhinəyəm. Həmin oyundan sonra dedim ki, "Xəzər Lənkəran"ın bir necə azarkeşə görə tamaşaçısız oynamasını istəmirəm. Məncə, burda günahkar meydan sahibi olan klubun rəhbəridi".