"Stadiona az adamın gəlməsində klublar günahkardı. PFL-in burda təqsiri yoxdu. Paytaxtı neçə klub təmsil edə bilər?" Fanat.az xəbər verir ki, bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib.
Musayev bir neçə il qabaq AFFA prezidenti Rövnəq Abdullayevin təklifi ilə komandaların adlarının dəyişdirilməsini xatırlayıb: “Olimpik” “Olimpik-Şüvəlan” oldu, azarkeşləri çoxaldı. Qoy “İnter”in adını “İnter-Keşlə”yə dəyişsinlər. Mən hesab edirəm ki, Keşlə “İnter”dən daha böyük brenddi. “Bakı” “Biləcəri” olsun. “Rəvan” da adını dəyişsin. Onda bu komandaları həmin qəsəbələrin sakinləri dəstəkləyəcək”.
PFL "Qarabağ"ın Quzanlıda oynamaması ilə bağlı da danışıb: “Həmişə istəmişəm ki, “Qarabağ” Quzanlıda oynasın. Ancaq futbolçular təsdiq edər ki, orda oyun keçirməyə şərait yoxdu. Mən kömək etməyə hazır idim, ancaq məqsədimə çatmadım".
Fanat.az