"Saytların birində “Neftçi”nin keçmiş məşqçisi Tərlan Əhmədovun açıqlaması yer alıb. Bu açıqlamada mənim onu “Neftçi”yə məşqçi postuna təqdim etdiyim bildirilir". Fanat.az xəbər verir ki, bu sözləri PFL-in rəhbəri Ramin Musayev deyib.
PFL rəhbəri Əhmədovun "Neftçi"yə keçidindən xəbəri olmadığını bildirib: "Mən heç bir kluba nə futbolçu, nə də məşqçi təqdim etmirəm, onun “Neftçi”yə keçidində də rolum yoxdu. Böyükağa Hacıyevin zamanında məşqçilər korpusunda idi və klubunun uğurlarında birgə pay sahibi idilər. Yalnız “Qarabağ” rəhbərliyinə Rasim Kara çempionatın başlamasına bir neçə gün qalmış klubu tərk etdiyində onlara Qurban Qurbanovu məsləhət görmüşəm".
Fanat.az