Formula 1 tarixinin ən uğurlu pilotları arasında yer alan avstriyalı Niki Lauda 70 yaşında vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə Laudanın ailəsi açıqlama yayımlayıb. Keçmiş pilota 8 ay əvvəl ağciyər köçürülmüşdü. Əfsanəvi idmançı 1975, 1977 və 1984-cü illərdə dünya çempionu olub. O, "Ferrari" və "McLaren" komandasında bu titulu qazanan ilk və tək F1 pilotu kimi tarixə düşüb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol