Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Qaradağ" - "Rəvan" oyunu Lökbatan Olimpiya Kompleksinin stadionunda keçirilməyəcək. Fanat.az xəbər verir ki, dekabrın 4-də baş tutacaq oyuna "Bayıl Arena"a ev sahibliyi edəcək.
Buna səbəb Lökbatan Olimpiya Kompleksində qazonunun bərbad vəziyyətdə olmasıdı. Bu səbəbdən "Rəvan" Peşəkar Futbol Liqasına müraciət edib. Qurum isə tərəflərə öz aralarında razılaşmağı məsləhət görüb. Hər iki komandanın rəhbərliyi bununla bağlı razılığa gəlib və PFL-ə məlumat veriblər.
Fanat.az