Peşəkar Futbol Liqasının Premyer Liqanın yayım hüququnu xarici şirkətə satması barədə məlumat yayılıb. Fanat.az xəbər verir ki, yayım hüququnu İsveçrənin "Sportradar" şirkətinin satın aldığı bildirilir. Yayımın hələlik internet vasitəsilə - www.betradar.com saytı ilə aparılacağı deyilir.
Lakin PFL xəbəri təkzib edib. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev bildirib ki, belə bir şey yoxdu: "Məsələdən xəbərimiz var, ancaq bu məlumat həqiqəti əks etdirmir. Bizimlə heç kim əlaqə saxlamayıb. Biz də sizin kimi bundan indi xəbər tutmuşuq. Artıq qarşı tərəfin nümayəndəsiylə əlaqə saxlamışıq və izahat tələb etmişik".
Fanat.az