Topaz Premyer Liqasının XVI turuun “Sumqayıt” - “Bakı” oyununda qonaq komandanın ilk qolunun müəllifi kimi Mario Alvarez göstərilmişdi. Lakin sonradan qolun Mindauqas Kalonas tərəfindən vurulduğu müəyyən olunub. Bununla əlaqədar olaraq, müvafiq dəyişikliklər aparılıb.
Qeyd edək ki, "Bakı" - "Sumqayıt" oyununu Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev və Tahir Əhmədovdan ibarət hakimlər briqadası idarə edib.
16 turdan sonra Mindauqas Kalonasın aktivində 7 qol var. O, qol sayında "Qarabağ"ın üzvü Reynaldoya çatıb.
pfl.az