"Biz artıq 230 milyona yaxın uduş paylamışıq. “Topaz”ın özündə isə 1000 nəfərə qədər adam işləyir. 25 mükafatı ən yaxşı oyunçulara vermişik". Fanat.az xəbər verir ki, bu sözləri “Azerinteltek” şirkətinin rəhbəri Ahmet Sezer deyib.
“Azerinteltek”in rəhbəri bildirib ki, "Topaz" gələcəkdə də PFL ilə Azərbaycan çempionatının inkişafı yönündə əməkdaşlıq etmək niyyətindədi: “Biz gələcək əməkdaşlığı istəyirik. Əgər Azərbaycan futbolunun inkişafında bizim də rolumuz varsa, biz buna şadıq".
Fanat.az