14:01 17.11.2022 406

Ermənistanın Azərbaycana qarşı təxribat cəhdinin qarşısı alındı

Beynəlxalq Paralimpiya Komitəsinin növbədənkənar Baş Assambleyasında Ermənistan nümayəndə heyəti Azərbaycana qarşı təxribata cəhd etməyə çalışıb.

Fanat.Az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Beynəlxalq Paralimpiya Komitəsinin növbədənkənar Baş Assambleyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Paralimpiya Komitəsinin beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı bildirib.

O qeyd edib ki, noyabrın 16-da Berlində keçirilən növbədənkənar Baş Assambleyada Rusiya və Belarus Paralimpiya komitələrinin Beynəlxalq Paralimpiya Komitəsinin üzvlüyündən çıxarılmasının müzakirəsi zamanı Ermənistan nümayəndə heyətinin üzvü söz alaraq qondarma respublikanın adını dəfələrlə səsləndirib və bildirib ki, Azərbaycan Türkiyənin dəstəyi ilə Ermənistana qarşı şiddət göstərib. Daha sonra erməni nümayəndəsi əsassız olaraq Azərbaycanı işğalçı ölkə adlandırıb və Azərbaycan Milli Paralimpiya Komitəsinin Beynəlxalq Paralimpiya Komitəsinin üzvlüyündən çıxarılmasını təklif edib.
Buna cavab olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov söz alaraq bildirib: “Heç kim üçün sirr deyil ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan haqlı olaraq öz torpaqlarını 30 illik erməni işğalından azad edib. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın 20 faiz ərazisi işğala məruz qalıb, bir milyon azərbaycanlı öz torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər, 10 minlərlə insan şəhid və əlil olub. Birləşmiş Millətlər Təşkilatın qətnamələrinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirərək işğal edilmiş torpaqları xarabaliğa çevirib. Bu gün Azərbaycanın regionda sülhün bərpa edilməsi üçün işlər gördüyü zaman Ermənistan nümayəndə heyətinin növbədənkənar Baş Assambleyada öz çirkin siyasətini davam etdirməyə cəhd etməsi və Azərbaycana qarşı əsassız iddialarla çıxış etməsi qəbuledilməzdir. Azərbaycan öz torpağlarını azad edib və heç kimin torpağında gözü yoxdur”.

Daha sonra Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons Azərbaycan Milli Paralimpiya Komitəsinin üzvlüyündən çıxarılmasının müzakirə mövzusu olmadığını bildirərək müzakirələri dayandırıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:10

KL: "Neftçi" "Dinamo Minsk"i qəbul edir: Heyətlər açıqlandı - YENİLƏNİR

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X