Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanın “Əl-Nəsr” komandasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, 38 yaşlı futbolçu ölkə çempionatının 18-ci turu çərçivəsində baş tutan “Damak”la matçın iştirakçısı olub.
Start heyətdə meydana çıxan hücumçu sonadək oynayıb. Səfərdə 3:0 hesablı qələbəyə sevinən komandasının bütün qollarını də məhz Ronaldu vurub. O, 18 (penaltidən), 23 və 44-cü dəqiqələrdə fərqlənib.
Xatırladaq ki, portuqaliyalı ulduz hazırda karyerasını davam etdirən futbolçular arasında ən çox het-trik müəllifidir. Ronaldunun hesabında 62 het-trik var. Onlardan 52-ni klub səviyyəli yarışlarda rəsmiləşdirən hücumçu, qalanını da Portuqaliya millisində həyata keçirib. Kriştianunun ən yaxın izləyicisi olan Lionel Messi (PSJ) 56 dəfə het-trik edib.
Bu nəticədən sonra “Əl-Nəsr” 43 xalla vahid liderdir.