"Barselona"nın müdafiəçisi Ronald Arauxo "Bayern Münhen"ə keçəcəyi ilə bağlı şayiələrə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano uruqvaylı futbolçunun dediklərini belə çatdırıb:
“Hər transfer pəncərəsində mənim haqqımda hekayələr danışırlar. Keçən yay onlar məni “Mançester Yunayted”ə "göndərirdilər". Bütün diqqətimi “Barselona”ya yönəltmişəm. Komanda üçün əlimdən gələni edirəm, bacardığımın 100 faizini verirəm. Son oyunda kapitan sarğısını daşıdım. Bu imtiyazdır və məsuliyyətimi daha da artırır”.
"Barselona" növbəti matçını bu gün İspaniya Superkubokunda "Osasuna"ya qarşı keçirəcək. Səudiyyə Ərəbistanında reallaşacaq görüşün start fiti Bakı vaxtı ilə saat 23.00-da səslənəcək.
Mirağa