"Give me Sport" nəşri İngiltərə Premyer Liqasının ən yaxşı 10 mərkəz müdafiəçisini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Liverpul"un futbolçusu Vircil van Deyk birinci olub.
Siyahıda Vilyam Saliba ("Arsenal") ikinci, Con Stounz ("Mançester Siti") üçüncü yerdə mövqe tutub.
"10-luq"dakı digər futbolçular isə bunlardır: Ruben Diaş ("Mançester Siti"), Qabriel ("Arsenal"), Mikki Van De Ven ("Tottenhem"), İbrahima Konate ("Liverpul"), Ezri Kontsa ("Aston Villa"), Lisandro Martines ("Mançester Yunayted") və Sven Botman ("Nyukasl").