"Liverpul"un sabiq müdafiəçisi, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Ceymi Karrager "qırmızılar"ın yeni futbolçuya ehtiyacı olduğunu deyib.
Fanat.Az xəbər verir ki, "Empire of the Kop" onun dediklərini belə çatdırıb:
"Konate son vaxtlar o qədər də yaxşı təsir bağışlamır. Başqa sözlə, o, çox pis oynayır. "Liverpul" yayda yeni müdafiəçi almalıdır".
Qeyd edək ki, daha öncə Britaniya mətbuatında "qırmızılar"ın "Ayntraxt"ın müdafiəçisi Vilyam Paço ilə maraqlandığı barədə məlumatlar yayılıb.
Nihat