PSJ klubu Fransa Liqa 1-də rekorda imza atıb.
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, parislilər bunu 29-cu turda səfərdə "Loryen"ə 4:1 hesabı ilə qalib gəldikləri oyunda reallaşdırıblar.
Paytaxt təmsilçisi ardıcıl 22 səfər matçında məğlub olmayıblar. Bu, Fransa çempionatları tarixində ən yaxşı göstəricidir. Əvvəlki rekord 21 məğlubiyyətsiz səfər matçı ilə diqqət çəkən "Olimpik Lion"a məxsus idi. Sözügedən kollektivin həmin nailiyyəti 18 il - 2006-cı ilin aprelindən bu yana davam edirdi.
PSJ 30-cu turdan sonra 69 xalla hazırda liderdir və ən yaxın izləyicisini 11 xal qabaqlayır. Parislilər bu həftəsonu çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün sabah, 27 apreldə evdə autsayderlərdən olan "Havr"a uduzmamaq kifayət edəcək.