"Real Madrid"in və Almaniya mərkəz müdafiəçisi Antonio Rüdiger bu yay ölkəsində keçiriləcək Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sky Sport Germany" onun dediklərini belə çatdırıb:
"Komanda olaraq yaxşı çıxış edəcəyimizi və nəticə qazanacağımızı gözləyirəm. Bunu bacarsaq, azarkeşlər də bizi həvəslə dəstəkləyəcəklər. Ən son beynəlxalq matçlara baxın. Hiss olunur ki, biz indi Avropa çempionu ola bilərik. İki ay əvvəl hər şey xarabalığı xatırladırdı.
Komanda vəziyyəti necə düzəldə bildi? Məşqçinin düşünmək üçün vaxtı az deyildi. Komandanın heyəti də fərqli idi. Artıq meydana yaxşı əhval-ruhiyyə və balanslaşmış heyət ilə çıxa bilirik. Müsbət dəyişikliklərdən danışrıqsa, təbii ki, Toni Kroosun yığmaya qayıtması da vurğulanmalıdır".
Xatırladaq ki, AÇ-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək. Avropa çempionatının son qalibi İtaliya millisidir.
Nihat