"Lill"in baş məşqçisi Paulu Fonseka iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Footmercato" yayıb.
Xəbərə görə, onun xidmətində "Olimpik Marsel" maraqlıdır. Mənbə portuqaliyalı mütəxəssisin Marsel təmsilçisini çalışdırmağa ən real namizədlərdən biri olduğunu vurğulayıb.
Fonseka 2022-ci ildən "Lill"in "sükanı arxası"ndadır. Cari mövsüm sözügedən çalışdırıcının rəhbərliyi altında çıxdığı 30 çempionat matçında 52 xal toplayan "doqlar" hazırda Liqa 1-in turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıblar.
Daha öncə Fonseka ilə "Liverpul"un danışıq apardığı barədə də məlumatlar yayılıb.
Nihat