Cari avrokubok mövsümü Almaniya futbolu üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, sözügedən ölkənin üç klubu 29 ildən sonra eyni vaxtda avrokuboklarda yarımfinalda oynamaq hüququ qazanıb.
"Bayern Münhen" və "Borussiya" (Dortmund) Çempionlar Liqasında, "Bayer Leverkuzen" isə Avropa Liqasında adını 1/2 finala yazdırıb.
Son dəfə belə hal 1994/1995 mövsümündə qeydə alınmışdı.