İngiltərə Premyer Liqasının 35-ci turunun matçında "Mançester Siti" səfərdə "Nottingem Forest" üzərində qələbə qazanıb (2:0).
Fanat.Az xəbər verir ki, bu görüşdə "Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne iki məhsuldar ötürmə edib.
"Opta Joe"-nin hesablamasına görə, belçikalı Premyer Liqada artıq 18 dəfə bir oyunda ən azı iki qol ötürməsi edib ki, bu da turnirin tarixi ərzində rekord göstəricidir.
Qeyd edək ki, 2015-ci ildən "Mançester Siti"də çıxış edən 32 yaşlı yarımmüdafiəçi bu müddətdə keçirdiyi 377 oyunda 102 qol vurub, 168 məhsuldar ötürmə ilə yadda qalıb.