Ukrayna millisinin sabiq baş məşqçisi Mixail Fomenko dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, məlumatı Kiyev "Dinamo"sunun mətbuat xidməti yayıb.
O, həyatla 76 yaşında vidalaşıb.
Peşəkar karyerasına 1966-cı ildə yetirməsi olduğu Suma "Spartak"ında başlayan Fomenko 1972-ci ildə "Dinamo"ya keçib. "Mavi-ağlar"ın heyətində 3 dəfə SSRİ çempionu olan Mixail 1975-ci ildə paytaxt təmsilçisi ilə Kuboklar Kubokunu və UEFA Superkubokunu qazanıb.
Sözügedən mütəxəssis 2012-ci ildə ölkəsinin millisinə baş məşqçi təyin edilib. Yığma onun rəhbərliyi altında 2016-cı ildə keçirilən Avropa çempionatına vəsiqə qazansa da, komandası qitə birinciliyinin qrup mərhələsində keçirdiyi hər 3 oyunda uduzduğu üçün istefaya göndərilib.