
"Opta" statistika agentliyi "Əl-Nəsr"in və Portuqaliya millisinin 39 yaşlı hücumçusu Kriştianu Ronaldunun karyerasında ikinci dəfə Avropa çempionatının qalibi olmaq ehtimalını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Ronaldunun formasını geyindiyi yığmanın iyunun 14-də Almaniyada start götürəcək qitə birinciliyində çempionluq şansları 9,2 faizlə dəyərləndirilib.
Qeyd edək ki, AÇ-2024 14 iyun - 14 iyul aralığında Almaniyada keçiriləcək. Qruplarda birinci və ikinci yerləri tutanlar, eləcə də ən yaxşı nəticə ilə üçüncü pillədə qərarlaşan 4 komanda 1/8 finala yüksələcək.
AÇ-2016-nın qalibi olan Portuqaliya seçməsi F qrupunda mübarizə aparacaq. Ronaldu və komanda yoldaşları Türkiyə, Çexiya və Gürcüstanla rəqabətdən üzüağ çıxmağa çalışacaqlar.
Nihat