
Türkiyədə sabah bağlanacaq yay transfer pəncərəsinin sonuncu günündə "Qalatasaray" heyətini daha bir legionerlə gücləndirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Mənbənin məlumatına görə, İstanbul nəhəngi bütün diqqətini Premyer Liqaya yönəldib. Türkiyə çempionunun "Vest Hem"in futbolçusu Emersonla maraqlandığı bildirilir. "Qalatasaray" futbolçu üçün rəsmi təklif etməyə hazırlaşır.
"Transfermarkt"ın məlumatına görə, futbolçunun dəyəri 12 milyon avrodur.
Onu da əlavə edək ki, Emerson ötən mövsüm 47 oyun keçirib, burada 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa