
"Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Budyo Qlimt” Norveç çempionatının 25-ci turunda səfərdə "Tromse" ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, oyun qolsuz bərabərliklə bitib.
Hazırda 54 xalı olan “Budyo Qlimt” turnir cədvəlinin lideridir. Komanda ən yaxın izləyicisini 8 xal qabaqlayır.
Avroliqanın Liqa mərhələsinin 4-cü turunda baş tutacaq “Budyo Qlimt” – “Qarabağ” matçı noyabrın 7-də Norveçdə keçiriləcək.