
İtaliyanın "Roma" klubu hücum xəttindəki boşluğu doldurmaq üçün "Aston Villa"nın ulduzu Donyel Malen ilə razılıq əldə edib.
Fanat.Az "Sky Sports İtalia" nəşrinə istinadən xəbər verir ki, tərəflər niderlandlı forvardın satın alma opsiyası ilə icarəyə götürülməsi məsələsində ortaq məxrəcə gəliblər.
Müqavilədəki satın alma bəndinin 25 milyon funt-sterlinqdən bir qədər az olduğu bildirilir. Əslində "Roma"nın ilk hədəfi Coşua Zirkze olsa da, Ruben Amorimin gedişindən sonra bu transfer planı dəyişib və Malen "B planı" kimi dövrəyə girib.
Malenin sürəti və texnikası baş məşqçinin oyun sisteminə uyğun hesab edilir. Futbolçunun artıq tibbi müayinə üçün İtaliyaya dəvət edildiyi iddia olunur. Bu keçid "Roma"nın A Seriyasındakı hücum gücünü ciddi şəkildə artıracaq.
Kamil Xudiyev