
Hücum xəttində ciddi yenilənməyə hazırlaşan "Barselona" transfer hədəflərini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, İspaniya mətbuatının yaydığı məlumata görə, Kataloniya klubu "İnter"in ulduz forvardı Lautaro Martinesi transfer siyahısına daxil edib.
Robert Levandovskinin yayda klubdan ayrılma ehtimalı olduqca yüksəkdir.
Polşalı qolçunun gedişindən yarana biləcək boşluğu doldurmaq istəyən "Barselona" rəhbərliyi, bazar dəyəri 85 milyon avro olan 28 yaşlı Martinesi ən ideal namizəd kimi görür. Argentinalı hücumçunun İspaniya nəhənginə keçidi yay transfer pəncərəsinin ən səs-küylü hadisələrindən biri ola bilər.
Kamil Xudiyev