
"Everton"un irlandiyalı müdafiəçisi Şeymus Koulman mövsümün sonunda 17 ildir formasını geyindiyi klubu tərk edəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı Liverpul təmsilçisinin rəsmi saytı yayıb.
37 yaşlı kapitana ənənəvi qaydada uğurlar arzulanıb. "Everton"un İngiltərə Premyer Liqasındakı oyun sayına görə (372) rekordçusu olan irlandiyalının ya klubda məşqçi qismində fəaliyyət göstərəcəyi, ya da özünə yeni iş yeri axtaracağı bildirilib.
Xatırladaq ki, Koulman 2009-cu ildə "Slayqo Rovers"dən 60 min funt sterlinqə transfer edilmişdi.
Nihat