
"Real Madrid" heyətinə yeni ulduz qatmaq üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, İspaniya nəhəngi "İnter"in sağ cinah müdafiəçisi müdafiəçisi Denzel Dümfrisin transferini tamamlamağa yaxındır. Mənbə Niderland millisinin üzvünün artıq "Real" üçün tibbi müayinədən keçdiyini də vurğulayıb. İspanların Milan klubuna futbolçunun müqaviləsində qeyd edilmiş sərbəstqalma məbləğini ödəyəcəkləri bildirilib. Başqa sözlə, "İntet" Dümfrisi 20 milyon avroya satıb.

Geridə qalan mövsümdə "İnter"in heyətində bütün turnirlərdə 28 matça çıxan arxa xətt oyunçusu 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Denzelin "qara-göylər"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.
Toğrul