
"Mançester Yunayted" uzun müddətdir davam edən hücumçu problemini dünya səviyyəli bir forvard ilə həll etmək niyyətindədir.
Fanat.Az "Akşam" qəzetinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" hazırda "Qalatasaray"ın uğurları üçün tər tökən Viktor Osimheni transfer etmək üçün hərəkətə keçib.
İngiltərə təmsilçisi ulduz forvardın transferini bitirmək məqsədilə 150 milyon avroluq rekord müqavilə məbləğini gözə alıb.
Hücum xəttində köklü dəyişiklik etmək istəyən Mançester klubunun yay transfer pəncərəsində bu keçid üçün bütün imkanlarını səfərbər edəcəyi gözlənilir.