
Niderlandın PSV klubunun və ABŞ yığmasının müdafiəçisi Serjinyo Dest karyerasını Avropa nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az "Eindhovens Dagblad"a istinadən xəbər verir ki, onun xidmətində "Bayern Münhen" maraqlıdır.
Destin transferinin almanlara təxminən 25 milyon avroya başa gələcəyi bildirilib.
25 yaşlı arxa xətt oyunçusu 2024-cü ilin iyulundan PSV-nin uğurları üçün çalışır. Onun Eyndhoven təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Dest geridə qalan mövsümdə meydana çıxdığı 38 matçda 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 18 milyon avro məbləğində dəyərləndirir.
Toğrul