
İngiltərənin "Arsenal" klubu "Qalatasaray"ın və Türkiyə millisinin ulduz futbolçusu Barış Alper Yılmazın transferi üçün rəsmi məlumat alıb.
Fanat.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, London təmsilçisi 26 yaşlı vingerin durumunu yaxından izləyir.
Hazırda transfer bazarında təxmini dəyəri 30 milyon avro olan futbolçu üçün "Qalatasaray" rəhbərliyi daha yüksək tələb irəli sürüb.
"Sarı-qırmızılı" klub Barış Alper Yılmazı komandadan buraxmaq üçün rəsmən 50 milyon avro tələb etdiyini ingilislərin diqqətinə çatdırıb.