
"Mançester Yunayted" "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalinin transferi üçün hərəkətə keçib.
Fanat.Az "caughtoffside"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Arsenal" və "Mançester Siti"ni qabaqlayaraq mübarizədə ön sıraya çıxıb.
Mançester təmsilçisi italyan futbolçu üçün 80 milyon funt-sterlinqlik rəsmi təklif hazırlayır.
Kazemironun varisi kimi baxılan Tonali üçün "Nyukasl" rəhbərliyi 100 milyon funt-sterlinq tələb edir.