
"Real Madrid" "Atletiko Madrid"in hücumçusu Xulian Alvaresi heyətinə qatmaq istəyir.
Fanat.Az insayder Patrik Bergerə istinadən xəbər verir ki, "kral klubu" argentinalı futbolçu üçün 150 milyon avroluq təklif hazırlayır.
La Liqa təmsilçisi artıq 26 yaşlı forvardın transferi üçün rəsmi təşəbbüslərə başlayıb.
"Atletiko Madrid" rəhbərliyi qeyd olunan məbləğ qarşılığında ulduz oyunçunun gedişinə icazə verməyə hazırdır.